Dünya

Moskvada əlləri bağlı naməlum şəxs uzanaraq təkbaşına aksiya keçirdi — FOTOLAR

Moskvada əlləri bağlı naməlum şəxs uzanaraq təkbaşına aksiya keçirdi — FOTOLAR

Moskvada naməlum fəal rus işğalçılarının Kiyev yaxınlığındakı Buçada törətdiyi qırğınlara görə təkbaşına etiraz aksiyası keçirib.

Demokrat.az xəbər verir ki, aprelin 5-də aksiyadan çəkilən şəkilləri Rusiya müxalifətinin lideri, “Açıq Rusiya” ictimai təşkilatının keçmiş icraçı direktoru Andrey Pivovarovun komandası “Facebook”da dərc edib.

Fotoda gördüyünüz kimi, kişi aksiya çərçivəsində əlləri ağ lentlə bağlanmış vəziyyətdə uzanıb. Mülki şəxslər Buçada məhz bu vəziyyətdə öldürülmüşdü.

Siyasətçinin komandası dərc olunan fotoları şərh edərək yazıblar ki, "Buça-Moskva" aksiyası "Xilaskar Məsihi məbədində, Nikolskaya küçəsində, Aleksandr bağında və Köhnə Arbatda" keçirilib.(visiontv.az)

D
demokrat.az