Gündəm Özəl

Ekspert: “Propan qaz balonlarından istifadə olduqca təhlükəlidir”

Ekspert: “Propan qaz balonlarından istifadə olduqca təhlükəlidir”

“Bu gün insanların daha çox cəmləşdiyi məkanlarda qaz təchizatının propan qaz balonlarından istifadə yanğın təhlükəsizliyi qaydalarına görə qadağandır”.

Bunu Demokrat.az-a təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakıda gecə klubunda baş verən partlayışla bağlı məsələni şərh edərkən deyib. Ekspert qeyd edib ki, ümumiyyətlə zirzəmilər, ictimai iaşə müəssisələri, insanların sıx toplaşdığı yerlərdə qaz təchizatı ilə bağlı qaz balonlarından istifadənin qadağası insanların həyat və sağlamlığının xoşagəlməz hadisələrdən qorunması üçündür:

Ekspert: “Propan qaz balonlarından istifadə olduqca təhlükəlidir”

“Nəzərə almaq lazımdır ki, belə obyektlərə onlarla, yüzlərlə insan gəlir, işləyir. Yəni, onların həyat və sağlamlıqlarının qorunması üçün qaz balonlarından istifadə qadağandır. Çünki propan qaz balonları olduqca təhlükəlidir. Bunlar o qədər təhlükəlidir ki, bunların hətta sızması nəticəsində dəhşətli partlayış baş verə bilər. Qaz balonunun partlaması 100 minlərlə ton zərbə qüvvəsi deməkdir ki, burada hadisənin dəhşətini təsəvvür etmək mümkündür. Belə balonların nəinki istifadəsi, daşınması, saxlanması xüsusi qaydada həyata keçirilir. Bu cür balonların çoxu mütəmadi olaraq ildə bir dəfə də olsun texniki baxışdan keçməlidir. Elə balonlar var ki, 10 illər boyu istifadə olunur, texniki baxışdan keçirilmir. Üzərində boyası belə getsə də, zədəli olsa da yenə də istifadə olunur. Bu isə olduqca təhlükəlidir. Bu balonlardan belə formada istifadə etmək olmaz. Bu balonlardan düzgün istifadə olunmazsa, təhlükəsizlik qaydalarına riayət olunmazsa, dəhşətli partlayış qaçılmaz olur. Vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar. Bu balonların istifadəsi, daşınması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır”.

Qeyd edək ki, aprelin 3-də Bakıda gecə klubunda partlayış baş verib. Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az