Sosial

“Azərsu”nun əməkdaşı iş başında vəfat etdi

“Azərsu”nun əməkdaşı iş başında vəfat etdi

“Azərsu” ASC-nin əməkdaşı iş başında ölüb.

Demokrat.az xəbər verir ki, hadisə Göygöl rayonunda qeydə alınıb.

Rayon Su Kanal idarəsinin 1983-cü il təvəllüdlü əməkdaşı S.Hüseynovun səhhəti qəfil pişləşib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

D
demokrat.az