Bu gün ABŞ səfirliyi Lənkəranda Amerika Güşəsinin açılışını qeyd edib.
Səfirlikdən Demokrat.az-a verilən məlumata görə, səfir Litzenberger Amerika güşəsinin açılışında etdiyi çıxışında güşənin yerli icma üçün vacibliyini qeyd edib. O, çıxışında Lənkəran Dövlət Universitetində yerləşən Lənkəran Amerika Güşəsini açılmasından məmnunluğunu ifadə edib. Daha sonra tədbir iştirakçılarına Amerika güşəsinin əhəmiyyəti barədə qısa məlumat verib.
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov da tədbirdə çıxışı zamanı bildirdi ki, Lənkəran Amerika güşəsinə yeni avadanlıq, texnologiya və materiallar təqdim olunacaq: “Güşə dil öyrənmək və təhsil proqramları üçün artıq açıqdır”.
Səfir Litzenberqer qeyd edib ki, Amerika güşələri xalqlarımız arasında əlaqələrin, münasibətlərimizin təməl daşıdır: “Burada görəcəyimiz iş – ingilis dili proqramlarına gənclərin cəlb edilməsidir. İş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət rol oynayacaq. İngilis dili dünyaya, daha zəngin həyata və yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Hesab edirəm ki, dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq.Biz yerli əhaliyə yerli turizm biznesin genişlənməsindən faydalanmağa və onun idarə etməsinə kömək etmək məqsədi ilə Şəki gənclərinə məktəbdən kənar ingilis dili təlimini təklif edirik”.
İcra başçısının müavini Mikayıl Cəfərzadə də tədbirdə çıxış edib:
“Amerika Məkanları (“American Spaces”) proqramı Azərbaycan Dillər Universitetində yerləşən öndə olan Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmaz və Şəkidə yerləşən,indi isə Lənkəranda açılacaq. Bütün bunlar Amerika güşələrini birləşdirir.Mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və “Maker Space” də (Yaradıcılıq Məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Güşələr, bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma nümayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir”.
Leyla Demokrat.az


