Hadisə

Gənc oğlan yetkinlik yaşına çatmayan qızı evinə gətirdi, cinsi əlaqəyə girdi və... — Şok olay

Gənc oğlan yetkinlik yaşına çatmayan qızı evinə gətirdi, cinsi əlaqəyə girdi və... — Şok olay

Yevlax rayonunda 2002-ci il təvəllüdlü Tacəddin yetkinlik yaşına çatmayan Gülnarə ilə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, tacəddin 2019-cu ilin oktyabrın ortalarından başlayaraq istintaqla müəyyən edilməyən günlərdə evində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Gülnarə ilə mütamadi olaraq cinsi əlaqəyə girib. Bu hal 2020-ci ilədək davam edib.

İstintaq orqanı tərəfindən Tacəddinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarə onlarla qonşu küçədə yaşadığı üçün onunla tez-tez qarşılaşıb: “Gülnarə ilə bir neçə dəfə küçədə qarşılaşan zaman salamlaşaraq görüşdük və beləliklə aramızda xoş münasibət yarandı. Bundan sonra Gülnarə ilə bir-birimizi sevməyə başladıq. 2019-cu ilin sentyabr-oktyabr aylarında Gülnarə ilə görüşən zaman qərara gəldik ki, evlənək. Gülnarə ilə bir-birimizi sevdiyimizi həm onun valideyni, həm də mənim valideynlərim bilib. Lakin valideynlərimiz Gülnarənin yaşının az olmasına görə evlənməyimizə razı olmadılar. Ona görə də Gülnarə ilə evlənmək qərarına gəldik və 2019-cu ilin oktyabrında ailə qurmaq məqsədi ilə Gülnarə mənə qoşularaq qaçdı. Bundan sonra Gülnarəni öz evimizə apardım. Biz birlikdə ər arvad kimi evdə yaşamağa başladıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin oktyabrında yaşadığı evdə heç bir zor olmadan, könüllü olaraq həyat yoldaşı Gülnarə ilə cinsi əlaqəyə girib: “Evlənməzdən əvvəl və sonra da mənim ailəm ilə Gülnarənin ailəsi arasında heç bir problemlərimiz olmayıb. Gülnarə öz razılığı ilə mənə qoşularaq qaçıb. Gülnarəyə qarşı heç bir zor tətbiq etməmişəm. Gülnarə ilə ailə qurduqdan sonra mənə hamilə olduğunu bildirdi. Gülnarə ilə ailə həyatı qurduqdan sonra dəfələrlə onunla cinsi əlaqədə olmuşam. Hazırda da aramızda münasibətlər yaxşıdır”.

Tacəddin qeyd edib ki, 2020-ci ildə həyat yoldaşı Gülnarəni hamiləliyi ilə əlaqədar narahatçılığı olduğu üçün anası Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzinə aparıb: “Orada həkimlər Gülnarəni yoxlayaraq 9 aylıq hamilə olduğunu və doğuşun yaxınlaşdığını bildirdilər. Mingəçevir şəhər xəstəxanasına getməsini məsləhət gördülər. Biz evə qayıtdıq. Həmin gecə evdə Gülnarənin doğuş ağrıları tutduğuna görə anam onu Mingəçevir şəhər mərkəzi xəstəxanasına apardı.

Gülnarə Mingəçevir şəhər xəstəxanasında həmin gecə bir qız uşağı doğdu.Gülnarə 2-3 gün xəstəxanada qaldıqdan sonra evə buraxıldı”.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb.

Tacəddinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az