Gündəm Özəl

“Rusiyada Delyaqin kimilərinin başında çox ciddi problem var” — Politoloqdan SƏRT AÇIQLAMA

“Rusiyada Delyaqin kimilərinin başında çox ciddi problem var” — Politoloqdan SƏRT AÇIQLAMA

“Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqinin Azərbaycanın paytaxtı Bakının, onun neft infrastrukturunu bombalaması çox gülünc və əslində çox tragikdir”.

Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, Rusiya kimi böyük bir dövlət əgər ərazi cəhətdən kiçik olan Azərbaycanla bağlı hər hansı bir ziddiyyətli və sual yaradan məsələni nüvə gücü ilə həll etmək istəyirsə, bu, o deməkdir ki, bəli, Delyaqin kimilərinin başında çox ciddi problem var”.

Politoloq əlavə edib ki, onu kimi şəxslər məhz Azərbaycan-Rusiya münasibətlərinə, eyni zamanda Rusiyanın MDB məkanındakı digər dövlətlərlə münasibələrə xələl gətirə bilər: “Ümumiyyətlə, hər bir ictimai adam, ələlxüsus deputat çıxışlarında məsuliyyətli olmalıdırlar. Çünki onlar sadəcə adi fiqur deyillər, onlar xalqın hansısa mənada təmsilçiləridilər və qanunverici orqanda otururlar. Təəssüflər olsun ki, Delyaqin bu beyinlə və zəka ilə Rusiya Dövlət Dumasında oturub. Düşünürəm ki, onun bu çıxışı birbaşa olaraq Rusiyanın öz dövlət maraqlarına ziddir və dövlətin maraqlarına cavab vermir. Bu cür çıxışılar qonşu ölkələrlə Rusiyanın münasibətləri pozur və Rusiyanın imicinə çox mənfi təsir edir. Təsadüfi deyil ki, Delyaqinin teleqram şəbəkəsində apardığı sosioloji sorğu nəticəsində də, iştirakçıların 50 faizindən çox onun fikrinə dəstəkləməyiblər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az