Gündəm Özəl

Deputat: “Xalqlara qarşı nifrətin, düşmənçiliyin təbliği Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”

Deputat: “Xalqlara qarşı nifrətin, düşmənçiliyin təbliği Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”

“Sirr deyil ki, ermənilər Qarabağın bütün bölgələrində kütləvi qətllər törədiblər. Demək olar ki, bütün rayonlarımızdan xeyli sayda itkin var. Bu gün 4 minə yaxın vətəndaşımızın taleyi barədə heç bir məlumat yoxdur. Bu məsələ Cənab Prezidentimiz Şarl Mişel və Emmanuel Makronla görüşündə də qabardılmışdır. Lakin təəssüf ki, biz Ermənistanın bu məsələyə aydınlıq gətirdiyi indiyədək görməmişik. Bu onu göstərir ki, soyqırım siyasəti, digər xalqlara qarşı nifrətin, düşmənçiliyin təbliği Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat müxtəlif bölgələrdə ermənilərin zaman-zaman qırğınlar törətdiyini vurğuladı:

“O vaxtı Cəbrayılın Daşbaşı kəndində də əməliyyat olub, ermənilər 20-ə yaxın sakini qətlə yetirib, dinc insanların başlarını kəsib. Bu proseslər bütün bölgələrdə baş verib. Elə rayon var ki, bir neçə kəndində belə vəhşiliklər törədilib. Heç də sirr deyil ki, erməni vandalları tarix boyu Azərbaycan xalqının başına dəhşətli müsibətlər gətirib. Bunlar özünün bir çox hadisələrdə açıq şəkildə göstərib. Ermənilər özləri də çəkinmədən qeyd edirlər ki, dünyada qırğınlar törətməyə hazırdırlar. Onlar tarix boyu bu vəhşiliklərini ediblər. Bu baxımdan Fərrux kəndində tapılan insan qalıqları onu göstərir ki, Birinci və İkinci Qarabağ müharibəsi dövründə ermənilər öz vəhşilikləri yenə də davam etdiriblər. Xocalı soyqırımı bunun bariz nümunəsidir. Bu gün də Ermənistan çirkin soyqırım siyasətini davam etdirir. Ermənistana beynəlxalq qurumlar təzyiq etməlidir ki, Ermənistan bu məsələlərə aydınlıq gətirsinlər. 4 min vətəndaşımızın taleyi barədə Azərbaycana məlumat versinlər, eyni zamanda beynəlxalq məhkəmə qarşısında törətdiyi bu qırğına görə cavab versinlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az