Türkiyənin İsparta şəhərinin Eğidir bölgəsinə bağlı Gökçehüyük kəndində yaşayan 64 yaşlı Eminə Tüzün ad-soyadlı qadına traktoru ilə ötən ilin oktyabr-noyabr aylarında İstanbulda İyul Şəhidlər (Temmuz Şehitler Köprüsü) və Fatih Sultan körpülərindən (Fatih Sultan Mehmet Köprüsü) 6, İstanbul-Ankara və Mahmutbey-Edirne avtomobil yollarından 3 dəfə ödəniş etmədən keçdiyi əsas götürülərək yazılmış 476 lirəlik cərimə ləğv edilib.
Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, buna səbəb cərimənin yalnış anlaşılma nəticəsində yazılması olub.

Sonradan məlum olub ki, Azərbaycan və Türkiyə dövlət qeydiyyatlı avtomobil nömrə nişanları arasında qarşılıq olub. Həmin yollardan istifadə edən avtomobilin 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı maşın olduğu müəyyənləşib. Hər iki maşının nömrə nişanı eyni olduğundan cəza səhvən Eminə Tüzünə kəsilib.

İlkin ehtimala görə, 10 EE 111 nömrəli avtomobil Türkiyənin İstanbul şəhərində olarkən yol-hərəkət qaydaları pozduğu üçün cərimə edilib. Maşın hazırda Bakıda olduğundan cərimələr eyni nömrə nişanlı traktor şoferinə göndərilib.

Demokrat.az


