"Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə son qoymaq üçün güzəştə getməyə hazır görünmür".
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" yüksək rütbəli ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib: "Bircə onu görürəm ki, o, indi güzəştə getmək istəmir”.
O, həmçinin əlavə edib ki, ABŞ-ın nə qədər irəli gedəcəyini təxmin edə bilməyib. Qeyd edib ki, Ağ Ev Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq üçün həll yolları təklif edib.
Leyla Demokrat.az


