Havaların isinməsi dəri vəzlərinin sürətli ifrazına səbəb olduğundan üzə tətbiq edilən makiyaj ya axır, ya da dəridəki məsamələrə dolur. Bu səbəbdən makiyaja başlamazdan əvvəl mütləq dəriyə nəmləndirici krem vurmaq lazımdır. Eyni zamanda keyfiyyətli kosmetik vasitələrdən istifadə etmək də önəmli amillərdəndir. Tonal kremdən dodaq boyasına qədər bütün ləvazimatlar üz cizgilərinə, dərinin rənginə uyğun olmalıdır. Vizajist Lamiyə Kərimova Demokrat.az -a yaz-yay aylarında açıq tonların dəbdə olacağını açıqlayıb.
“Çalışmaq lazımdır ki üzdə təbiilik itməsin. Ləkəli çirkli makyaj olmasın. Yaz ayları nəzərə alsaq şaftalı tonları bu il daha önə çıxacaq. Dəri tonu mütləq nəzərə alınmalıdır. Korreksiyamız gözəl olarsa, sizin makiyajınız daha gözəl, daha qalıcı olacaq.”
Bunlarla yanaşı dodaq boyasının da açıq tonlarda olması məsləhətdir. Görəsən, yaz mövsümünün saç dəbi necədir?
“Qarışıq-qəhvəyi tonlar daha çox dəbdə olacaq. Həmişəki kimi ombre balyajlar da dəbdədir. Gənc nəsil üçün isə çəhrayı tonlar,mavi rəng dəbdədir. Düzüm olaraq havalı və dağınıq havalı buruqlar dəbdə olacaq.” deyə saç ustası Sahilə Eminova vurğulayıb. Gözəl və cəlbedici görünmək hər bir xanımın arzusudur. Amma unutmayaq ki, ən böyük gözəllik sadəlikdir. Bu səbəbdən özümüzə yaraşanı seçməyimiz daha məsləhətdir.


Gülçin Qorxmaz Demokrat.az


