Rusiya əsgərləri arasında Ukrayna tərəfinə keçənlərin sayı artır.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Getdikcə daha çox Rusiya hərbçisi Ukraynaya qarşı müharibədə iştirak etməkdən imtina edir və əllərində silahla Ukrayna tərəfinə keçir", - deyə məlumatda bildirilir.
Pentaqonun son hesablamalarına görə, Rusiya ordusunun döyüş qabiliyyəti 90 %-dən aşağı düşüb. Ordu ərzaq və yanacaq təminatında problemlərlə üzləşib.
Demokrat.az


