Kriminal

Gəncədə 31 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə 31 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncə şəhərində qətl hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü A.Əliyev mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az