İqtisadiyyat

Deputat: Bu il Azərbaycanda turizm sahəsində inkişaf olacaq — ÖZƏL

Deputat: Bu il Azərbaycanda turizm sahəsində inkişaf olacaq — ÖZƏL

“İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn, turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, daxili turizmin gəlirlərinin yüksələcəyi və ümumi daxili məhsuldakı payın artacağı proqnozlaşdırılır: “Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az