Hərbi

Hərbçilərimiz Pakistanda hərbi paradda iştirak ediblər — VİDEO

Hərbçilərimiz Pakistanda hərbi paradda iştirak ediblər — VİDEO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Demokrat.az bildirir ki, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Həsən Demokrat.az
D
demokrat.az