Maraqlı

Gənc qadın dünyanın sonuna hazırlaşdı

Gənc qadın dünyanın sonuna hazırlaşdı

Gənc qadın düyü və lobya kimi uzunmüddətli qidalar yığıb.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, gənc qadın özünə sığınacaq tikmək qərarına gəlib. O, 25 illik qida ehtiyatı topladığını və özünü qorumaq üçün silah aldığını da bildirib. İstənilən sığınacaq üçün ən vacib şeyin müdafiə olduğunu bildirən Roşan, yeməyə ət tapmasa, silahını ov üçün istifadə edəcəyini söyləyib. 3 nəfərlik ailəyə 2 il yetəcək qidası olan Roşan, hər an nə olacağını bilmədiyi üçün gizli sığınacaq tikdiyini də bildirib.

Qidanın həyat üçün vacib olduğunu deyən Roşan bildirib ki, hər kəs dünyanın sonuna hazır olmalıdır: “İnanıram ki, hər kəs buna hazır olmalıdır. Çünki müharibə olanda yemək tapmaq çox çətin olacaq, tapılanda isə həddindən artıq baha olacaq. Nəticə etibarı ilə hamımız bundan təsirlənəcəyik. Mən bunu Ukrayna müharibəsindən təsirlənərək etmək qərarına gəldim”.

Nəzrin Demokrat.az

D
demokrat.az