Xarici siyasət

BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatlarla bağlı təcili çağırış etdi

BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatlarla bağlı təcili çağırış etdi

BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, baş katib bildirib ki, hazırda döyüşləri bitirmək və ciddi danışıqlara başlamaq üçün masanın üzərinə kifayət qədər sənədlər var.

O qeyd edib ki, bu müharibəni udmaq mümkün deyil və gec-tez döyüş meydanından danışıqlar masasına keçilməli olacaqlar.

Nəzrin Demokrat.az

D
demokrat.az