Gündəm Özəl

“ABŞ-Azərbaycan əlaqələrində yeni bir dönəm başlayacaq” — ÖZƏL

“ABŞ-Azərbaycan əlaqələrində yeni bir dönəm başlayacaq” — ÖZƏL

“Azərbaycan müstəqillik qazanandan sonra qısa vaxt ərzində ABŞ onun müstəqilliyini tanıdı. 1994-cü ildə artıq böyük bir layihə - “Əsrin müqaviləsi” həyata keçirildi. Bu müqavilə ilə artıq ABŞ şirkətlərinin Azərbaycanın enerji sektorunda böyük bir payı oldu və ABŞ şirkətləri Azərbaycanda böyük iqtisadi layihələrdə iştirak etməyə başladı”

Bu fikirləri Demokrat.az-a Azərbaycan-ABŞ münasibətlərinin 30 illiyini şərh edərkən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətovdeyib. Politoloq qeyd edib ki, bu, ABŞ-ın xarici siyasətinə uyğun idi, eləcə də həmin dövrdə və ondan sonrakı mərhələlərdə bizim də xarici siyasətə uyğun idi:

“Bu qarşılıqlı, faydalı əməkdaşlıq kimi qiymətləndirilə bilər. Təbii ki, Co Bayden də bu məsələlərə xüsusi önəm verir. Geosiyasi, geostrateji məsələləri o göndərdiyi məktubda da vurğulayıb və Azərbaycanın ABŞ üçün nə qədər önəmli tərəfdaş, əsas etibarlı müttəfiq olduğunu göstərməyə çalışıb. Düşünürəm ki, bunların hamısı Azərbaycan üçün önəmlidir. Çünki belə bir vaxtda ABŞ prezidenti tərəfindən gələn məktub özü Azərbaycan üçün böyük bir dividentdir. Rusiyanın Ukraynaya işğalçı müharibə aparan bir mərhələdə Azərbaycana dəstək verməsi, əslində Azərbaycanın təhlüksizliyi baxımından önəmlidir. Düşünürəm ki, tərəflər arasında bu cür səmərəli münasibətlərin olması, iqtisadi, siyasi, regional, qlobal məsələlərdə həmfikir olmaları böyük bir nailiyyətdir. Bu, Azərbaycan diplomatiyası adına, eləcə də belə bir çətin, mürəkkəb şəraitdə cənab İlham Əliyevin apardığı çox bacarıqlı diplomatik gedişin nəticəsidir”.

“ABŞ-Azərbaycan əlaqələrində yeni bir dönəm başlayacaq” — ÖZƏL
Politoloqun sözlərinə görə, ABŞ-da erməni lobbisi böyük təşkilatlanmış lobbi olsa da, Co Bayden Azərbaycanı yaddan çıxarmaması və maraq göstərməsi önəmli faktorlardan biridir: “İkinci Qarabağ savaşından sonrakı mərhələlərdə Azərbaycanın qazandığı uğurlar məsələsində və bu məsələdə ABŞ-ın münasibətini sərgiləməsi əslində bunlar prinsip etibarilə ABŞ-Azərbaycan əlaqələrini mühüm təsir edir. Hesab edirəm ki, bundan sonrakı mərhələlərdə ABŞ-Azərbaycan əlaqələrində yeni bir dönəm başlayacaq. Ola bilsin ki, bu müharibənin nəticəsindən sonra artıq dünyada yeni reallıqlar formalaşmağa başlayacaq. İkinci Qarabağ savaşından sonra artıq formalaşdı. Yeni dünya düzənində artıq ABŞ-Azərbaycan əlaqələrinin hansı yüksək səviyyəyə qədər inkişaf edəcəyini görəcəyik”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az