Gündəm

Dünya Rusiyadakı bu azərbaycanlı müəllimdən danışır

Dünya Rusiyadakı bu azərbaycanlı müəllimdən danışır

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərə 498 saylı orta məktəbin coğrafiya müəllimi, milliyətcə azərbaycanlı olan Kamran Manaflı İnstaqram sosial şəbəkəsində müharibə əleyhinə yazdığı paylaşımdan sonra işdən qovulub.

Demokrat.az xəbər verir ki, məktəbdə müəllimləri Ukraynadakı vəziyyəti şagirdlərə necə izah edilməsi ilə bağlı təlimatlandırıblar. Bununla razı olmayan Kamran Manaflı həmin görüşdən sonra İnstagramda Ukraynada aparılan müharibə əleyhinə post paylaşıb. İşlədiyi məktəbin baş müəllimi zəng edib postu silməyini tələb edib, əks halda işdən çıxarılacağı ilə bağlı xəbərdarlıq edib.

Daha sonra müəllimdən izahat yazısı və işdən çıxma ərizəsi yazmaq istənilib. Əşyalarını götürmək və şagirdlərlə sağollaşmaq üçün məktəbə gələndə onu içəri buraxmayıblar. Hadisə yerində münaqişə olub, polis çağırılıb.

Kamran Manaflı bu addımı ilə rusiyalı şagirdlərdən böyük dəstək alıb və dünya mediasının gündəminə çevrilib.

Məktəb direktoru isə vəziyyətlə bağlı açıqlama verməyib.(BBC)

D
demokrat.az