Hadisə

Hacıqabulda "Hyundai" aşıb, polis əməkdaşı ağır yaralanıb

Hacıqabulda Hyundai aşıb, polis əməkdaşı ağır yaralanıb

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ağır yaralanıb.

Hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

D
demokrat.az