İdman

Azərbaycan Taekvondo Federasiyası beynəlxalq üzvlükdən keçən klubları dəyərləndirdi — FOTOLAR

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Dünya Taekvondo Federasiyasının rəsmi üzvlük sisteminin ilk qeydiyyatından keçən yerli taekvondo bölmələri və klublarla görüş keçirilib.

Demokrat.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə ATF-in Baş katibi Həmdiyyə Məmmədov açıb.O, Azərbaycan Taekvondo Federasiyasının qlobal üzvlük sisteminə qoşulmasını mütərrəqi hadisə qiymətləndirib. H.Məmmədov, bu sistemin taekvondo klublarına, məşqçi-müəllimlərə və idmançılara səmərəli fəaliyyət göstərməsinə şərait yaradacağını qeyd edib.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov rəsmi qeydiyyatdan keçən bütün klubları və taekvondo bölmələrini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb:

“Artıq bildiyiniz kimi, federasiyamız ilin əvvəlindən Dünya Taekvondo Federasiyasının Qlobal Üzvlük Sisteminə qoşulub, Dünya Taekvondo Federasiyasının bu sistemdə rəsmi texniki tərəfdaşı olan "Simply Compete" şirkəti ilə də müqavilə bağlayaraq, bu sistemin texniki təminatını əldə etmişdir. "Simply Compete" şirkətinin taekvondo idman növü üzrə gördüyü yüksək səviyyəli texniki xidmət ilə bu vaxta qədər də biz beynəlxalq müstəvidə tanış idik. Artıq bu ildən etibarən bu xidməti federasiyamızın fəaliyyətində də yüksək səviyyədə hiss edəcəyimizdən əminəm”.

Azərbaycan Taekvondo Federasiyası beynəlxalq üzvlükdən keçən klubları dəyərləndirdi — FOTOLAR
“Qeyd edim ki, artıq ilk tədbir kimi martın 30-da keçiriləcək dan imtahanı məhz bu sistem vasitəsilə baş tutacaq. İndiyədək 33 klub, 1000-dən artıq üzv bu sistemdə qeydiyyatdan keçib. Sevindirici haldır ki, klublar bu sistemə qoşulmaqda maraqlıdır və özlərini ən yaxşı tərəfdən göstərirlər” - N.Səfərov əlavə edib.
Azərbaycan Taekvondo Federasiyası beynəlxalq üzvlükdən keçən klubları dəyərləndirdi — FOTOLAR
Azərbaycan Taekvondo Federasiyası beynəlxalq üzvlükdən keçən klubları dəyərləndirdi — FOTOLAR
Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Dünya Taekvondo Federasiyasının tərkibindəki milli federasiyaların rəsmi üzvlük sistemini tətbiq etməli olduğunu və bunun beynəlxalq federasiya tərəfindən qoyulan bir tələb olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Taekvondo Federasiyası digər ölkələrin yerli federasiyaları kimi bu prosesə qoşulmaqla, öz ciddi dəstəyini verməklə beynəlxalq federasiya qarşısında öz öhdəliyini yerinə yetirib.

ATF-in beynəlxalq əlaqələr üzrə katibi Cəlal Səfərov, sistemin üstünlüklərindən danışıb, artıq taekvondo üzrə yerli yarışların, imtahanların, seminarların və digər bu qəbildən olan bütün tədbirlərin qlobal üzvlük sistemi əsasında aparıldığını vurğulayıb.

Sonda Azərbaycan Taekvondo Federasiyası rəsmi üzvlük sistemində qeydiyyatdan keçmiş klub məşqçilərinə üzvlük vəsiqələri, sertifikatlar və hədiyyələr təqdim edib.

Zamiq Demokrat.az

D
demokrat.az