Gündəm Özəl

Deputat: "Gediş haqqı artırılarkən mövcud əmək haqqı nəzərə alınmalıdır" — ÖZƏL

Deputat: Gediş haqqı artırılarkən mövcud əmək haqqı nəzərə alınmalıdır — ÖZƏL

"Bakı - Gəncə sürət qatarının yenidən işə düşməsi həqiqətən vacib idi".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

"Nəhayət ki, iki illik fasilədən sonra qatarın fəaliyyəti yeni tariflə bərpa olundu. Mən düşünürəm ki, bu nəqliyyat vasitəsi vətəndaşlar üçün əlçatan olmalıdır, yəni qatarların gediş haqqısı artırılarkən mövcud əmək haqqı və gəlirlər nəzərə alınmalıdır. Lakin digər tərəfdən də nəzərə alsaq ki, Azərbaycan Dəmir Yolları dotasiyayla işləyir. Onlar öz əməkdaşlarının əmək haqlarını, istismar xərclərini ümumiyyətlə, bütün öz xərclərini bu gəlirlə qarşılayırlar. Bu baxımdan qiymət artımı gözlənilən idi. Rahatlıq baxımdan da sürət qatarının fəaliyyəti həqiqətən faydalıdır".

Aynurə Demokrat.az

D
demokrat.az