Gündəm

“Azəriqaz”dan bayram günləri ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan bayram günləri ilə bağlı AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları 19-27 mart tarixlərində xidmətlərini icra edəcəklər.

Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.35nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində həftə içi saat10:00-dan15:00-dək, bazar günləri isə saat10:00-dan14:00-dək iş başında olacaqlar.

Abonentlər qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa,104/185saylı “Çağrı Mərkəzi”nə,077 3 104 104saylı “Whatsapp” nömrəsinə, eləcə də Birliyin sosial şəbəkə ünvanlarına yazmaqla məlumat verə bilərlər.

Arzu Demokrat.az

D
demokrat.az