Gündəm Özəl

Tıxac uşaqlarda astma xəstəliyinə səbəb olur — Həkimdən İLGİNC AÇIQLAMA (ÖZƏL)

Tıxac uşaqlarda astma xəstəliyinə səbəb olur — Həkimdən İLGİNC AÇIQLAMA (ÖZƏL)

Bu gün havanın çirklənməsi astma xəstələrinin sağlamlığına təsir edən ən mühüm problemlərdən biridir. Lakin havanı çirkləndirən əsas amillər sırasında nəqliyyat, sənaye, istilik, enerji istehsalı, heyvandarlıqdan yaranan üzvi tullantılar, əsasən insan mənşəli olan ammonyak və metan kimi qazlar var.

Həkim Özge Soyeri Demokrat.az-a açıqlamasında bildirib ki, havanın çirklənməsi tənəffüs yollarının keçiriciliyini artırır və onların zədələnməsinə səbəb olur: “Bu gün qlobal enerjinin böyük hissəsi qalıq yanacaqlardan əldə edilir. Bu yanacaqların yanması ilə havada karbon qazı, metan qazı, azot oksidləri və sulfatlar artır. Bu cür hava çirkləndiriciləri tənəffüs yollarının keçiriciliyini artırır. Nəticədə ağciyərlərdə həssaslığa səbəb olur. Avtomobillərin çoxalması isə insanların ağciyərlərinə daha çox mənfi təsir edir”.

Tıxac uşaqlarda astma xəstəliyinə səbəb olur — Həkimdən İLGİNC AÇIQLAMA (ÖZƏL)

Tıxac səbəbindən qaynaqlanan hava çirkliliyinin isə uşaqlarda astma xəstəliyi əmələ gətirdiyini vurğulayan Özge Soyer qeyd edib ki, hər il təxminən 4 milyon uşağa astma diaqnozu qoyulur ki, bunun da 64 faizi şəhərlərin payına düşür: “Qeyd edim ki, tıxac səbəbindən əmələ gələn hava çirkliliyi uşaqların boğazında iltihab əmələ gətirir və bu da sonda astmaya səbəb olur”.

Prof. Dr. Özge Soyer tıxacda maşının pəncərələrini bağlı saxlamağı və lazım olmadıqca çölə çıxmamağı tövsiyə edib: “Əgər çirkli havada çölə çıxmaq məcburiyyətində qalırlarsa, maska taxmağa üstünlük verməlidirlər. Daim dərmanlarından müntəzəm istifadə etməli və alkotesterlərini yanlarında qoymamalıdırlar. Hava və ətraf mühitin çirklənməsini azaltmağın ən yaxşı üsulu mövcud siyasətləri dəyişdirməkdir. Qalıq yanacaqlar yerinə bərpa olunan enerji mənbələrinin istifadəsi və sənayedə kömür istifadəsinin dayandırılması həm dünyamız, həm də dünya üçün atılacaq ən mühüm addımlardan biri olacaq. Uşaqlarımızı qoruyaq, çünki onlar bizim gələcəyimizdir”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az