Gündəm

“Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir”

“Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir”

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir və çox məyus edicidir.

Avropa Parlamentində bir neçə gün bundan öncə Azərbaycana qarşı edilmiş çıxışlarla və qəbul edilmiş qətnamə ilə tanış oldum.

Avropa Parlamentində iki nəfər istisna olmaqla hər kəs qərarın lehinə səs verib. Bunun qərəzli olduğunu demək olmaz. Görünür, həmin iki nəfərdən başqa, qalanları Cənubi Qafqazdan, regionda baş verənlərdən xəbərsizdir. Çox güman ki, onların Azərbaycan həqiqətlərindən məlumatı yoxdur. Həmin parlamentarilər Ermənistanın sərhədlərinin haradan başlayıb harada bitdiyini belə bəlkə də bilmirlər.

Belə olmasaydı məscidlərin, tarixi abidələrin dağıdılmasında, vandallığa məruz qalmasında bizi günahlandırmağa çalışmazdılar.

Belə demək mümkündürsə, bu sənəd, əslində, bumeranq effekti verdi və Avropa Parlamentində kimlərin təmsil olunduğunu bir daha bütün çılpaqlığı ilə ortaya qoymuş olub.

Azərbaycan belə addımlara heç şübhəsiz ki, adekvat cavab verməlidir. Azərbaycan öz mövqelərini gücləndirməli, həqiqətlərini daha ciddi təbliğ etməlidir. Əlbəttə, bu işdə hər birimizin üzərinə çox ciddi pay düşür. İstər siyasi partiyalar olsun, istər vətəndaş cəmiyyəti, istərsə də media! Hər kəs səfərbər olunub proseslərə lazımı reaksiyanı bildirib. Bu, məni sevindirir.

Fikrimcə, hərbi sahədə nəticəsini gördüyümüz “Dəmir yumruğ"u diplomatiya meydanında da işə salmalıyıq…

Ağasif Şakiroğlu Gələcək Azərbaycan Partiyasının sədri

Demokrat.az

D
demokrat.az