Qazaxda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazaxbəyli kəndində qeydə alınıb. Rayon sakini, 1999-cu il təvəllüdlü S.Adıgözəlov mübahisə zəminində bıçaqlanıb. O, Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Demokrat.az


