Gündəm

Daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olundu

Daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olundu

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.

Demokrat.az bildirir ki, indiyədək "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.

Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Arzu Demokrat.az

D
demokrat.az