Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko bir müddət əvvəl işğalçılar tərəfindən qaçırılan Melitopol meri İvan Fedorovun azad edildiyini açıqlayıb.
Demokrat.azxəbər verir ki, bu barədə Timoşenko özünün "Telegram" kanalında yazıb.
"Melitopol meri İvan Fedorov artıq təhlükədən xilas olub", - Timoşenko yazıb.
O, qısa video şərhində Fedorovun əsirlikdən azad edilməsi üzrə xüsusi əməliyyatın uğurla başa çatdığını qeyd edib.
Qeyd edək ki, Zaporojye vilayətinin Melitopol şəhəri fevralın 26-dan Rusiyanın müvəqqəti işğalı altındadır.
Martın 11- də Melitopol meri İvan Fedorovun oğurlanması ilə bağlı məlumat yayılıb. İndiyə qədər onun harada olduğu məlum deyildi.
Ukrayna Xarici İşlər Nazirliyi bu adam oğurluğunu müharibə cinayəti kimi qiymətləndirib.
Martın 12-də Zelenski bildirib ki, Fedorov işğalçılara dəstək videosu çəkmək üçün işgəncələrə məruz qalır.
Martın 14-də Zaporojye Vilayət Hərbi İdarəsi elan edib ki, Melitopol meri, işğalçılar tərəfindən qaçırılan İvan Fedorov "terrorçuluq" işi ilə ittiham olunaraq, işğal olunmuş Luqanskdadır.
Leyla Demokrat.az


