Gündəm

Ramiz Mehdiyev AMEA-da iclas keçirdi — YENİLƏNİB

Ramiz Mehdiyev AMEA-da iclas keçirdi — YENİLƏNİB

İstefa ərizəsini yazan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasını tərk edib.

“Unikal” xəbər verir ki, onun AMEA-nı tərk etməsini lentə almaq istəyən şəxslərə maneə yaradılıb.

***14:25

AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun köməkçisi Nuray Nuruzadə "Unikal"a açıqlamasında bildirib ki, A.Həşimov hazırda iclasdadır:

"Arif müəllim saat 3-də digər bir iclasa da qatılacaq".

X X X

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün saat 12-də AMEA-ya gəlib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.

Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verib.

Demokrat.az

D
demokrat.az