Gündəm Özəl

“Azərbaycanın kənd təsərrüfatı sahəsində çökmə ola bilər” — İqtisadçıdan ÖZƏL AÇIQLAMA

“Azərbaycanın kənd təsərrüfatı sahəsində çökmə ola bilər” — İqtisadçıdan ÖZƏL AÇIQLAMA

“ABŞ rəsmlərinin son çıxışları onu göstərir ki, Rusiyaya hansı ölkə yardım etsə həmin ölkəni də sanksiyalar gözləyir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçının sözlərinə görə, yeni sanksiyalar növbəti dəfə Çin üçün ola bilər:

“Çin hazırda sözdə bu məsələyə qoşulmadığını qeyd edir, ancaq hərəkətində isə tamamilə başqadır. Bu baxımdan ABŞ Çinə xəbərdarlığını etdi. Bununla yanaşı, ABŞ həm də Rusiyaya yaxın ölkələri də hədəfə alıb. Təbii ki, Azərbaycanın da Rusiya ilə sıx münasibətləri var. Amma eyni zamanda, Qərb və ABŞ-la da əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın hər hansı yanlış addımı onun iqtisadiyyatını tam çökdürə bilər”. R.Qarayev vurğulayıb ki, dünyada tətbiq edilən sanksiyalara görə, Rusiya ölkələr sırasında birincidir: “Rusiyaya 5530 sanksiya tətbiq edilib. İranda isə bu rəqəm 3616-dır. Rusiya ilə müttəfiq olan ölkələr də bu sanksiyalara məruz qalmamaq üçün bu məsələdən kənar qalmalıdır. Rusiyaya hər hansı bir yardımın edilməsi, həmin ölkələrin çökməsi ilə nəticələnə bilər. Düzdür, bizdə Türkiyə amili var, amma heç kəs heç nədən sığortalanmayıb. Misal olaraq, ikili münasibətlə bizə qarşı olan Qərb bu günlərdə erməniləri müdafiə etdi. Halbuki, bizim torpaqları viran qoyan ermənilər olub. Bizə yardım olunmaq əvəzinə, ermənilərə yardım olundu.

“Azərbaycanın kənd təsərrüfatı sahəsində çökmə ola bilər” — İqtisadçıdan ÖZƏL AÇIQLAMA

Dünyada ikili yanaşma nə qədər var, işi görəndə ehtiyatlı görmək lazımdır. Əsasən də, təbii resursları ilə bol olan və Rusiya ilə müttəfiq olan ölkələr. Bu baxımdan iqtisadiyyatımızı olduğu kimi saxlamaq üçün ehtiyatlı davranmalıyıq. Hazırda neft sahəsi bizim üçün gəlirlidir. Amma Rusiyanın “Lukoyl” şirkəti bizim neftimizin bir hissəsini alıb. Dünya bazarına çıxarmaq üçün başqa yolu olmasa, bizim kəmərdən istifadə etmək üçün bizə müraciət edə bilər. Bu baxımdan bizim neft və qaz sahəmizə Qərb və ABŞ tərəfdən nəzarət güclənəcək. Azərbaycanda nə qədər çalışsalar bəzi şəxslər deməyə ki, biz neftdən asılı deyilik, reallıqda vəziyyət onu göstərir ki, hələ də gəlir baxımdan neftdən asılıyıq. İkinci kənd təsərrüfatı sahəsi hazırda ürək açan səviyyədə deyil. Çünki bazarı düzgün müəyyənləşdirməmişik, bundan əlavə su qıtlığı və torpaq sahəsinin az olması bu sahəni çökdürə bilər”.

“Azərbaycan əsasən kənd təsərrüfatı mallarını Rusiya və Ukraynaya göndərirdi, amma orada hazırda müharibə gedir və müharibənin uzunmüddət davam edəcəyi istisna deyil. Bu, o deməkdir ki, bu birbaşa ölkədən bu dövlətlərə gedən kənd təsərrüfatı məhsulları dayanmasına gətirib çıxara bilər. Rusiya sanksiyalara məruz qalmış ölkə olaraq əvvəlki kimi məhsulları ala bilməyəcək və ya da çox ucuz almağa çalışacaq, Ukraynada isə infrastruktur artıq dağılıb və nəticədə yeni bazar lazımdır. Amma Azərbaycan öz əlaqələrini 2 ölkə ilə qurub və görünən odur ki, bu səhvdir. Amma adi Özbəkistanda bu asıllıq 15 faizdir. Qurulmada kəndli günahkar deyil, iqtisadiyyat sahəsində qərar vermə səlahiyətinə malik şəxslərdədir. Nəticədə görünür ki, Azərbaycanda kənd məhsulları yetişdirilməsi azalacaq. Kəndlinin bu sahə üzrə çalışan sahibkarlar sığortasız qalacaq. Amma indiki məqamda dövlətə bu sahədə böyük yük düşür. O bu yükün altından qısa müddətdə çıxa biləcəkmi? Mənə elə gəlir ki, qısa müddətdə bu həll olunmayacaq, bu halda kənd təsərrüfatı sahəsində çökmə ola bilər. Çıxış yolunu əvvəldən həll etmək olardı. Ən başlıca səhv, çox şaxəli bazarın tapılmamasıdır. Bu baxımdan artıq zaman gedir. Oturub nəyəsə ümid etmək, bataqlıqda hərəkət etməkdir”, - deyə iqtisadçı əlavə edib.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az