Qaradağ rayonunun Ümid qəsəbəsinin sakinləri illərdir ki, yol problemindən əziyyət çəkirlər.
Uşaqlar məktəbə, böyüklər isə işə çatmaq üçün min bir zülmə qatlanırlar. Səbəb isə Laçınlı məcburi köçkünlərin yerləşdiyi qəsəbədə yolun bərbad vəziyyətdə olmasıdır. Hətta qəsəbədə məcburi köçkün evlərinə aparan yolun acınacaqlı durumda olması ora gələn təcili tibbi yardım maşınlarının belə əraziyə girməsinə əngəl törədir.
Sakinlər Demokrat.az-a bildiriblər ki, illər öncə fərdi evlər tikilərkən layihədə yol çəkilməsi üçün də vəsait ayrılıb. Lakin sonradan iş nədənsə icra olunmayıb.
Məsələ ilə bağlı Qaradağ rayonu Ümid qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan Demokrat.az-ın zənglərinə cavab verilmədi.





Nəzrin Demokrat.az


