Bakı-Ağdam-Bakı istiqamətində marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.
Demokrat.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, sözügedənistiqamətdə əlavə reysin açılması qərara alınıb.
Aprel ayından etibarən sərnişinlər Bakı-Ağdam-Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.
Arzu Demokrat.az


