“Prezident Ərdoğanın mövqeyi ondan ibarətdir ki, onlar həm Ukrayna, həm də Rusiya ilə əlaqələri çox yüksək qiymətləndirirlər və istəmirlər ki, kiminsə tərəfini tutsunlar”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloq vurğulayıb ki, eyni zamanda Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır:
“Bu baxımdan öz imkanlarından istifadə edib, hansısa təmasları, danışıqları təşkil etmək, vasitəçilik etmək və xoşməramlı xidmətlər göstərmək Türkiyənin mövqeyidir.
Onu da qeyd etmək lazımdır ki, bu mövqe Rusiya və Qərb tərəfindən də yüksək qiymətləndirilir. Bayden də telefon danışıqlarında bildirdi ki, o da bu təşəbbüsləri çox yüksək qiymətləndirir. Bu baxımdan Türkiyə özünəməxsus nüfuzlu ölkə kimi özünü aparır. Hesab edirəm ki, bu, düzgün mövqedir”.
Aynurə Pənahqızı Demokrat.az


