“O xanımın psixoloqa ehtiyacı var!”
Bir neçə gün öncə yerli kanalların birində qonaq qismində iştirak edən aktrisa Nəzakət Məmmədova, gəlini ilə birlikdə TikTok-da yayımladığı videolarına görə verilişin eksperti tərəfindən tənqid olunub.
Demokrat.az məsələ ilə bağlı aktrisa ilə əlaqə saxlayıb, onun qarşı tərəfə olan fikirlərini öyrənib:
“Biz nümunəvi gəlin-qaynana münasibətini təbliğ edirik. Burda pis nə var ki? Əgər bunu mən yox, adi, məşhur olmayan bir insan da etmiş olsaydı, mən onu alqışlayardım. Çünki, mehribanlıq təbliğ olunur. Biz açıq-saçıq geyimi, pis vərdişləri təbliğ etmirik ki! Heç bunu etmərik də, çünki imanlı insanlarıq. Bizim cəmiyyətdə belə bir fikir yaranıb ki, gəlin-qaynana mütləq şəkildə bir-birini qırmalıdır. Biz bir evdə yaşayırıq və şükürlər olsun ki, hər şey normaldır, yaxşıdır. Bütün gəlin-qaynanalara da tövsiyə edərdik ki, bizim kimi mehriban olsunlar. Sözügedən verilişdə Şəfiqə xanım vəkil olaraq ekspert kimi iştirak edir, amma düşünürəm ki, vəkil insanlara və onların etdiklərinə daha anlayışla, təmkinlə yanaşmalıdır. Şəfiqə xanım kimi aqressiyalı yox. Yəqin ki, bu onun yaşadıqlarından irəli gəlir. Onun xətri mənə əzizdir, amma görünür ki, psixoloji vəziyyəti normal deyil və depressiv əlamətlər özünü biruzə verir. Ona görə insanlara sevgi ilə yanaşa bilmir. Bəlkə də, onun özünün də oturub danışmağa, psixoloqla dərdləşməyə ehtiyacı var.”
Aktisa əlavə edib ki, dəvət olarsa, gəlinin də filmə, seriala çəkilməsinə etiraz etməz.
“Oğlum DJ-dir, yəni incəsənət sahəsinin adamıdır. Gəlinim ingilis dili müəllimidir, ali təhsilinin magistratura pilləsini yekunlaşdırmaq üzrədir. Hansısa bir rol olsa, aktrisa kimi iştirak etməsini istəyərəm.” – deyə o bildirib.




Maya İmran Demokrat.az


