İki xanım jurnalist arasında qalmaqal yaşanmaqdadır.
Demokrat.az xəbər verir ki, tanınmış jurnalist Ülviyyə Alovlu rəsmi feysbuk səhifəsində bunu yazıb:
“Lazer ustamı Aztv-nin “Həftə” verilişində müxbir kimi gördüm. Az qala divandan yıxılmışdım...”. Aztv-nin müxbiri Şəms Cümşüdova isə cavabında bunları qeyd edib:
“Oxuyub, çalışıb, öyrənib lazer ustasından müxbir olmaqda nə qəbahət var? Anlamadım. Önəmli olan ləyaqətinlə, şərəfinlə nəyəsə nail olmaq və çalışmaqdır. Divandan yıxılmaq lazım deyildi, bir xanım olaraq buna sevinmək və təqdir etmək lazım idi. Amma bunu etmək də başqa şeylər tələb edir. O da olmayandan sonra... Get, başını sal aşağı öz işinlə məşğul ol!
Əziz xanımlar, qarşınıza hədəf qoyub, ona çatmaq üçün əlinizdən gələni edin. Şərəfini, ləyaqətini satanlardan olmayın. Əlbəttə ki, bu yolda bu cür əxlaq meyarları aşağı olanlarla da qarşılaşmaq ehtimalları olacaq. Hər zaman irəli. Bir qadın olaraq özümlə qürur duyuram. Hər kəsə uğurlar”.


Aynurə Pənahqızı Demokrat.az


