Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı yeni məlumatlar açıqlayıb.
Demokrat.az "Unian" nəşrinə istinadən xəbər verir ki, müharibə başlayandan Rusiya Ukraynada 12 min çox hərçisini itirib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir ki, indiyədək Rusiya ordusuna məxsus 374 tank, 1226 zirehli döyüş maşını və 140 artilleriya sistemi məhv edilib.
Həmçinin, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, üç gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, eləcə də yeddi əməliyyat-taktiki pilotsuz uçuş aparatı məhv edilib.
Zamiq Demokrat.az


