Hadisə

Abşeronda gənc qız 3-cü mərtəbədən yıxıldı

Abşeronda gənc qız 3-cü mərtəbədən yıxıldı

Abşeron rayonunda gənc qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Hüseynli Xədicə Samir qızı ehtiyatsızlıqdan 3-cü mərtəbədən yerə yıxılaraq xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az