Gündəm

Rusiya hərbçiləri Xersonda istintaq təcridxanasını ələ keçirdi

Rusiya hərbçiləri Xersonda istintaq təcridxanasını ələ keçirdi

Rusiya hərbçiləri Xersondakı istintaq təcridxanasını ələ keçiriblər.

Demokrat.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.

"Rus hərbçilər işğaldan əvvəl şəxsi heyət və məhbusların təxliyə olunduğu Xerson istintaq təcridxanasının binasına soxulublar. Hazırda onun binası şəhərə gələn Milli Qvardiyanın hissələrinin ehtiyacları üçün təchiz edilir, - Denisova deyib.

O bildirib ki, ələ keçirilən istintaq təcridxanası saxlanılan Ukrayna vətəndaşlarının yerləşdirilməsi üçün istifadə oluna bilər.

"Xersonda və ona yaxın yaşayış məntəqələrində ruslar polis rejimi tətbiq etməyə çalışırlar. Artıq 400-dən çox Ukrayna vətəndaşı işğalçıların "hakimiyyət orqanları"na müqavimət göstərdiklərinə görə qanunsuz həbs edilib", - Ombudsman əlavə edib.

Denisova vurğulayıb ki, rusiyalı yaraqlıların hərəkətləri beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında Cenevrə konvensiyalarının tələblərini pozur.

Leyla Demokrat.az

D
demokrat.az