Gündəm

Politoloq: “Bu, Rusiya MN-nin üçtərəfli bəyanata qarşı məsuliyyətsiz və laqeyd yanaşması deməkdir”

Politoloq: “Bu, Rusiya MN-nin üçtərəfli bəyanata qarşı məsuliyyətsiz və laqeyd yanaşması deməkdir”

“Çox təəssüflər olsun ki, biz Rusiya Müdafiə Nazirliyinin bu dəfə də təxribatçı açıqlamalarına şahidlik etdik”.

Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, “Dağlıq Qarabağdan Ukraynaya yardımların göndərilməsi” ifadəsi “Dağlıq Qarabağ”ı beynəlxalq subyekt kimi qələmə vermək deməkdir:

“Bu kimi kəlmələr Rusiya Müdafiə Nazirliyinin üçtərəfli bəyanata qarşı məsuliyyətsiz və laqeyd yanaşması deməkdir. Bu, Azərbaycan ərazi bütövlüyünə hörmətsiz yanaşma deməkdir. Rusiya sülhməramlılarının müvəqqəti yaşadığı ərazinin kimin ərazisi olduğunu hamı, eləcə də onlar çox yaxşı bilirlər”.

Politoloq: “Bu, Rusiya MN-nin üçtərəfli bəyanata qarşı məsuliyyətsiz və laqeyd yanaşması deməkdir”

Politoloqun sözlərinə görə, bu gün Rusiya Müdafiə Nazirliyində, Rusiyanın Xarici İşlər Nazirliyində bəzi şəxslərin və bəzi qrupların fəaliyyəti heç də rəsmi Moskvanın maraqlarına cavab vermir:

“Son Ukrayna və ətrafında baş verən hadisələr də bir daha göstərir ki, Rusiyanın dost qazanmağa və ayrı-ayrı ölkələrlə, o cümlədən keçmiş post-sovet ölkələrdəki dövlətlərlə münasibətlərin nizama salmağın vaxtı çatıb. Amma ərazi bütövlüyünə təhdid edilən bəyanatlar heç də həmin münasibətlərin qurulmasına və inkişafına deyil, əksinə ayrı-ayrı ölkələrlə münasibətlərin korlanmasına xidmət edir. Biz yaxın vaxtlarda bu baş verənlərdən nəticə çıxarmalıyıq. Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün biz çox həssas dönəmi yaşamaqdayıq. Ukrayna hadisələri Cənubi Qafqazda gedən proseslərin heç də yaxın aylar və illər ərzində sabit olmayacağına dəlalət edir. Azərbaycan və Türkiyə arasında intensivləşən görüşlər də mütləq şəkildə “Türkiyə Cənubi Qafqazdadır” deməklə, birilərinə işarədir. Bunu da həmin qüvvələr və dairələr unutmamalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az