İdman

D️Ç-2022: Rusiya millisi diskvalifikasiya edildi

D️Ç-2022: Rusiya millisi diskvalifikasiya edildi

FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərarını açıqlayıb.

Demokrat.az xəbər verir ki, qərara əsasən, Polşa yığması futbol üzrə 2022-ci il dünya çempionatının pley-off mərhələsində finala vəsiqə qazanıb.

FIFA-nın rəsmi saytında yerləşdirilən məlumatda bildirilib ki, qərar Rusiya milli komandasının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə əlaqədar verilib.

Beləliklə də, Polşa DÇ-2022-yə vəsiqə uğrunda son görüşdə İsveç - Çexiya matçının qalibi ilə üz-üzə gələcək.

Bununla yanaşı, FIFA pley-offun Ukrayna və Şotlandiya milliləri arasındakı yarımfinal oyununu iyuna keçirib. Bu addım Ukrayna tərəfinin xahişindən sonra atılıb.

Məmməd Demokrat.az

D
demokrat.az