Hadisə

Kadırov qvardiyası Ukraynada dispanserə hücum etdi, ruhi xəstələri girov götürdü — SON DƏQİQƏ

Kadırov qvardiyası Ukraynada dispanserə hücum etdi, ruhi xəstələri girov götürdü — SON DƏQİQƏ

Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlara dəstək verən Çeçenistan prezidenti Ramazan Kadırovun əsgərləri Ukraynada psixi və əsəb xəstəlikləri xəstəxanasına basqın ediblər.

Demokrat.az xəbər verir ki, bu haqda Kiyev qubernatoru Oleksey Kuleba məlumat verib.

Onun dediyinə görə, Kadırov Qvardiyası Ukraynanın Kiyev vilayətinin Borodyanka şəhərində psixi və neyrocərrahiyyə xəstəxanasını ələ keçirərək, ruhi xəstələri girov götürüb.

""Borodyanka şəhərindən aldığımız məlumata görə, Kadırovun əsgərləri psixi və əsəb xəstəlikləri xəstəxanasına daxil olub və içəridəkiləri girov götürüblər. Xəstəxananın ətrafına mina qoyduqdan sonra Ukrayna əsgərlərini artilleriyadan atəşə tutublar. Xəstəxanada 500 xəstə var, onlardan 100-ü stasionardır. Düşmən uşaqların və xəstələrin arxasında gizlənir", - deyə Kuleba bildirib./Avropa.info

D
demokrat.az