Gündəm

Rusiyanın 11 mindən çox hərbçisi ölüb — Ukrayna MN

Rusiyanın 11 mindən çox hərbçisi ölüb — Ukrayna MN

Ukraynanın Müdafiə Nazirliyi müharibədə Rusiya ordusunun itkiləri haqda məlumat yayıb.

Demokrat.az-ın xəbərinə görə, indiyədək hərbi əməliyyatlar zamanı Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.

Məlumata görə, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.

Rza Demokrat.az

D
demokrat.az