İdman

"Xüsusi oyunda start heyətində meydana çıxmaq inanılmazdır" — Mahir Emreli

Xüsusi oyunda start heyətində meydana çıxmaq inanılmazdır — Mahir Emreli

"Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir".

"Report"un məlumatına görə, bunu Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli evdə "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya I liqasının 26-cı tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Xorvatiya çempionatında debüt görüşünü dəyərləndirən 25 yaşlı hücumçu çoxdandır ilk "11-lik"də yer almadığını bildirib: "Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi".

Qeyd edək ki, ilk dəfə "Dinamo"nun heyətində start "11-liy"ində meydana çıxan Mahir Emreli 60-cı dəqiqədə əvəzlənib.

D
demokrat.az