Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin dəstəyi ilə karantin rejimi qaydalarına əməl etməklə 27 fevral-05 mart 2022-ci il tarixlərdə ölkəmizdə elan edilmiş “İdman həftəsi” çərçivəsində 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idmançıları təbrik edərək bildirdi ki, yarış 27 fevral-05 mart 2022-ci il tarixlərdə ölkəmizdə elan edilmiş “İdman həftəsi” çərçivəsində keçirilir və əsas məqəd 5 mart Bədən Tərbiyəsi və İdman Gününü qeyd etmək, rayonda güləş idman növünün kütləviliyinin artırılmasına nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarətdir.
Daha sonra çıxış edən Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov qeyd etdi ki, ölkəmizdə idman və bədən tərbiyəsinin tərəqqisi və Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı uğurlu addımlar sayəsində bu gün ölkəmizdə ən yüksək səviyyədə inkişaf edib. Həmçinin ölkəmiz idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır.
Daha sonra yarışlara start verildi. Ümumilikdə 15 çəki dərəcəsində idmançılar mübarizə apardı və qaliblər müəyyənləşdi.
Birinciliyin yekununda I, II və III yeri tutan idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov və Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu.
Musa Demokrat.az


