Gündəm

Ukraynada həlak olan dinc sakinlərin sayı açıqlandı

Ukraynada həlak olan dinc sakinlərin sayı açıqlandı

Rusiyanın hücumundan sonra Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.

Demokrat.az xəbər verir ki, BMT-nin yaydığı növbəti hesabata əsasən, müharibənin doqquzuncu günündə azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb.

Ölən 331 nəfərdən 19-u uşaqdır. Agentliyin məlumatına görə, qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket sistemlərinin buraxılması, raket və hava zərbələri nəticəsində ölüb.

Demokrat.az

D
demokrat.az