Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 180 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 365 min 614 nəfərin test edildiyi, 38 min 283 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 63 min 311 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Arzu Demokrat.az


