Çavuşoğlu Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı NATO-nun Brüsseldə keçirilən xüsusi iclasından sonra sabah Bakıya yola düşür.
Mühüm görüşlə bağlı Demokrat.az-a danışan politoloq Samir Hümbətov hesab edir ki, Çavuşoğlunun səfəri Ukraynadakı müharibənin qarşısının alınmasında Bakı-Ankara birgə vasitəçilik səylərini koordinasiya etmək məqsədi daşıya bilər:
“İlk olaraq, qeyd edim ki, Çavuşoğlunun Bakıya səfəri əvvəlcədən planlaşdırılmış səfər deyil. Görünür ki, bu görüş sırf Ukrayna məsələsi üzərində fokuslanıb və Türkiyə prezidenti Ərdoğan da Çavuşoğlunu Bakıya göndərir. Hesab edirəm ki, görüşdə Putin və Zelenski arasındakı danışıqlarda vasitəçilik prosesini öz üzərinə götürmək məsələsini müzakirə ediləcək”.
Politoloq qeyd edib ki, müharibənin başlaması səbəbindən artıq dünya bazarında neftin və qazın qiyməti sürətlə qalxmaqdadır: “Təbii ki, Türkiyənin qaz və neft idxalçısı olan bir ölkədir. Hesab edirəm ki, bu istiqamətdə də danışıqlar aparıla bilər. Yəni, Azərbaycan Türkiyəyə həm neft, həm də qaz ixracını artıra bilər. Ancaq ən çox vasitəçiliklə bağlı müzakirələrin aparılacağını istisna deyil. Bildiyimiz kimi, dünən Zelenski də açıqlama verərkən bildirdi ki, bu işə Türkiyənin təminatçısı ilə arxayın ola bilər. Görünür ki, Zelenski qərb ölkələrinin təminatçılığına inanmır”.
Nəzrin Hüseynli Demokrat.az


