Sosial

Azərbaycanda ciddi işsizlik problemi yarana bilər — EKSPERT

Azərbaycanda ciddi işsizlik problemi yarana bilər — EKSPERT

“Rusiyada vəziyyət qəlizləşsə, oradan ölkəmizə gələnlərin sayı çoxalacaq”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

Ekspert qeyd edib ki, bu isə ölkənin indiki vəziyyətində işsizlik problemini artıracaq:

“Nəticədə bu məsələ həll olunmasa ölkədə gərginlik yarana bilər. Hesab edirəm ki, dövlət buna da hazır olmaq üçün Qarabağdakı işləri sürətləndirməli, Ermənistanı sülhə təhrik etməlidir ki, yeni iş yerləri Qarabağ bölgəsində açıldıqda bu axın ora yönəldilə bilsin. Bildiyiniz kimi, yeni iş yerləri əsasən Qarabağ zonasında və ətraf rayonlarda nəzərdə tutulub. Bunun üçün Ukrayna-Rusiya münaqişəsi zamanı ölkəyə axını tənzimləmək üçün orada işlər tezləşdirilməlidir”.

Nəzrin

D
demokrat.az