“Manatın məzənnəsinə təsir göstərən əsas faktor neftin dünya bazar qiyməti və ölkəyə daxil olan valyutanın həcmidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, hazırda neftin dünya bazar qiyməti kifayət qədər yüksəkdir: “Nəzərə alaq ki, xüsusən Azərbaycan ixracatının 80 faizi neft və neft məhsullarıdır. Bu isə Azərbaycan ixracatının dəyərlilik faydasının artmasına və ölkəyə daxil olan valyuta həcminin çoxalmasına gətirib çıxarır. Amma təbii ki, Rusiyaya qarşı sanksiyalar Azərbaycan-Rusiya ticarət dövriyyəsinə neqativ təsir göstərir. Qeyd edim ki, bizim Rusiya ilə ticarət dövriyyəmiz 3 milyard dollara yaxındır. Ümumi ixracatımız isə 800 milyon dollardır. Təbii ki, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Amma indiki halda ölkəyə daxil olan valyuta həcminin artdığını nəzərə alsaq, Məkəzi Bank tərəfindən manatın mövcud məzənnəsinin qorunub saxlanması daha vacibdir. Düşünürəm ki, Mərkəzi Bankın manatın məzənnəsini qoruyub saxlamaq üçün kifayət qədər valyuta intervesiyası imkanları var”.
Aynurə Demokrat.az


