Hadisə

Maşın vuran piyada xəstəxanada öldü

Maşın vuran piyada xəstəxanada öldü

Zaqatalada minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Demokrat.az xəbər verir ki,​ martın 1-i 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Azər Şamil oğlu​ idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, yolu kecmək istəyən piyada, 1959-cu il təvəllüdlü İslamov Əliheydər Böyükxan oğlunu​ vurub.

Qəza zamanı ağır dərəcəli bədən xəsarətləri alan Əliheydər İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

O, bir gün sonra axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

D
demokrat.az