Fevralın 28-dən Kiyevdə komendant saatı saat 20-dən saat 7-dək davam edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
"Paytaxtda vəziyyət mürəkkəb və gərgindir.
Biz özümüzü müdafiə edəcəyik. Kiyev Ukraynanın ürəyidir və biz onu heç kimə verməyəcəyik! Anamız Ukraynanı verməyəcəyik!
Gəlin birlikdə dayanaq! Yaşasın Ukrayna!", - Kliçko qeyd edib.
Leyla Demokrat.az


